22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Gənclər arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb
Tarix: 11-08-2020 17:45 | Bölmə: Digər

Naxçıvan şəhərindəki Sahil Parkında keçirilən 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş gənclər arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 26 idmançı iştirak edib.
Yarışın yekun nəticəsinə əsasən qızlar arasında Xurşud Mahmudova, Alsu Məmmədli və Duyğu Əliyeva ilk üç pillədə qərarlaşıblar. Oğlanların mübarizəsində qalib adını Naxçıvan Dövlət Universitetinin tələbəsi Nigeriyalı Olabide Sadare Samuel qazanıb. Əkrəm Rəhimli ikinci, Mirnəsib Seyidzadə isə üçüncü olub.
Sonda qaliblər təşkilatçılar tərəfindən hədiyyə və diplomlarla təltif ediliblər.

 




Baxış sayı: 525


Bölməyə aid digər xəbərlər