Bütün xəbərlər
DİN məişət tullantıları qutusunda tapılmış qadın meyiti ilə bağlı RƏSMİ MƏLUMAT yaydı
Tarix: 17-02-2018 10:43 | Bölmə: Cəmiyyət

         

Fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılmışdır.
Trend-ə DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilmişdir.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilmişdir.
Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Baxış sayı: 806


Bölməyə aid digər xəbərlər