Bütün xəbərlər
Qətlə yetirilən qadının partnyoru axtarışa verilib
Tarix: 30-07-2026 19:47 | Bölmə: Cəmiyyət

 RİA Novosti xəbər verir ki, Daxili İşlər Nazirliyi Moskva vilayətinin Odintsovo şəhərində qətlə yetirilən Nataliya Bojukun partnyoru Pavel Kozlovu axtarışa verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 17 iyulda 39 yaşlı qadın Odintsovodakı Romaşkovo yaşayış kompleksindən iti ilə gəzintiyə çıxıb və itkin düşüb.Onun axtarışı təxminən iki həftə davam edib. 29 iyulda İstintaq Komitəsi Bojukun üzərində cinayət əlamətləri olan cəsədinin meşə zolağında tapıldığını bildirib. Onun partnyoru, 1982-ci il təvəllüdlü Pavel Kozlov qətli törətməkdə şübhəli bilinir.
Agentliyin məlumatına görə, kişi ölkədən qaçıb.




Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər
7-07-2026, 21:13 Uşaqlara atəş açıb