Bütün xəbərlər
Fərdi evdə baş verən yanğında ana və oğul ölüb
Tarix: 02-02-2025 08:53 | Bölmə: Cəmiyyət

İrkutsk vilayətində ana və onun 10 yaşlı oğlu Novo-İrkutski mikrorayonunda fərdi evdə baş verən yanğında ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürərkən 51 yaşlı qadın və 10 yaşlı oğlanın cəsədini aşkar ediblər", - agentliyin Telegram kanalında dərc edilən mesajda deyilir.
150 kvadratmetr sahədə açıq yanğın söndürülüb.
Yanğının söndürülməsinə 22 mütəxəssis və 7 texnika cəlb olunub.
Faktla bağlı rayon İstintaq Komitəsinin (İK) əməkdaşları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin ("Ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olma") 3-cü hissəsi ilə cinayət işi açıblar.
"Hazırda hadisənin bütün hallarının müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri aparılır", - İstintaq Komitəsi əlavə edib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb