21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
Pensiyaçı və oğlunun meyiti tapılıb
Tarix: 27-01-2025 17:03 | Bölmə: Cəmiyyət

Moskva vilayətinin Dolqoprudnı şəhərində fərdi evdə pensiyaçı və oğlunun meyiti tapılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” məlumat yayıb.
85 yaşlı qadın və onun 56 yaşlı oğlu bazar günü, yanvarın 26-da aşkar edilib. İlkin məlumata görə, zorakılıqla ölüm əlaməti yoxdur, giriş qapısı içəridən kilidlənib.
Yaxınlarından birinin dediyinə görə, təqaüdçü bir sıra xroniki xəstəliklərdən, kişi isə psixi pozğunluqdan əziyyət çəkib. Onun spirtli içkidən sui-istifadə etdiyi də iddia edilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Ölümün dəqiq səbəbini mütəxəssislər müəyyənləşdirməlidir.
Bundan əvvəl Mari Elin Zveniqovo şəhərində bıçaq xəsarətləri olan qadın və iki azyaşlı uşağının meyiti tapılmışdı. İki və daha çox şəxsin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. Müstəntiqlər hadisənin başvermə şəraitini aydınlaşdırırlar.



Baxış sayı: 357


Bölməyə aid digər xəbərlər
Dünən, 21:43 Fotoqraf həbs edilib