Bütün xəbərlər
Qadını zinət əşyalarına görə öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib
Tarix: 17-01-2025 15:28 | Bölmə: Cəmiyyət

Tver vilayət məhkəməsi 53 yaşlı Tver sakinini zinət əşyalarına görə qadını öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.
Məhkəmənin müəyyən etdiyi kimi, 20 noyabr 2021-ci il tarixində təqsirləndirilən şəxs qadının mənzilində olarkən onun boyun və döş nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub. Hücum nəticəsində ev sahibi dünyasını dəyişib. Bundan sonra cinayəti törədən şəxs dəyəri 170 min rubldan çox olan qızıl-zinət əşyalarını oğurlayaraq lombarda təhvil verib. Qadının meyiti qətldən iki gün sonra yaxınları tərəfindən bağlı mənzildə aşkarlanıb.
Məhkəmə həmin şəxsi quldurluq və qətl törətməkdə təqsirli bilib.
“Təqsirkar xüsusi rejimli cəzaçəkmə müəssisəsində ömürlük həbs cəzasına məhkum edilib”, - prokurorluqdan bildirilib.
Bundan əvvəl doqquz yaşlı nəvəsini öldürən Çeboksarı sakininin dəli olduğu məlum olub.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər