Bütün xəbərlər
Avtomobilə bərkidilmiş boruya minərkən ölüb
Tarix: 13-01-2025 13:13 | Bölmə: Cəmiyyət

Başqırdıstanda gənc oğlan avtomobilə bərkidilmiş boruya minərkən ölüb. Bu barədə respublikanın yol hərəkəti təhlükəsizliyi üzrə baş dövlət müfəttişi Vladimir Sevastyanov öz Telegram kanalında məlumat verib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciə yanvarın 11-də Karan-Taşkiçu avtomobil yolunda baş verib.19 yaşlı iki dost Mitsubishi avtomobilinə boru bağlayaraq gəzintiyə çıxmaq qərarına gəliblər. Onlardan biri sükan arxasına keçib.
"Maşını manevr edərkən sərnişinin olduğu borular dayanmış "Lada Priora" ilə toqquşub", - Sevastyanov bildirib.
Ağır bədən xəsarətləri alan gənc xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olan faktla bağlı cinayət işi açılıb.
Yanvarın 8-də Kazanda 20 yaşlı qız tuberinqlə məşğul olarkən ölüb.Daha əvvəl bildirilmişdi ki, o, təpədən aşağı sürüşərək hasara çırpıldıqdan sonra ölümcül xəsarətlər alıb. Lakin sonradan müşahidə kameralarının videosu peyda olub və orada faciə zamanı boruların mərhumun dostunun idarə etdiyi avtomobilə bağlandığı qeydə alınıb.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər