Bütün xəbərlər
Litva Müdafiə Nazirliyinin binasını yandırmaqda şübhəli bilinən şəxs sərxoş halda prokurorluğun binasını da yandırıb
Tarix: 20-10-2024 19:20 | Bölmə: Cəmiyyət

Sərxoş litvalı Vilnüsdə binalara bir sıra yanğınlar törədib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə bazar günü səhər saatlarında baş verib.
Bədəninin qanında 0,63 ppm spirt olduğu aşkarlanan 40 yaşlı kişi Litva Radio və Televiziyasının binasını yandırıb.
Etdiyi əməllə kifayətlənməyən o, yaşayış binasının giriş qapısını, Baş Prokurorluğun binasını və zibil qabını yandırıb.
Cinayətkar eyni məqsədlə Müdafiə Nazirliyinin binasına yaxınlaşanda polis artıq onun şəxsiyyətini müəyyən edib. Şübhəli saxlanılıb, araşdırmalara başlanılıb.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər