Bütün xəbərlər
Təqaüdçü öz mənzilində diri-diri qaynadı
Tarix: 22-09-2024 16:21 | Bölmə: Cəmiyyət

Volqoqradda kommunal qəza 73 yaşlı kişinin ölümünə səbəb olub. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sentyabrın 19-da onun mənzilində isti su borusu partlayıb, nəticədə təqaüdçü diri-diri qaynayıb.
“Vısota 102” agentliyi öz mənbəsinə istinadən xəbər verir ki, faciə Volqoqradın Kirovski rayonunda, Turbinnaya küçəsindəki yaşayış binasında baş verib.
Hadisə yerinə gələn həkimlər ölümü təsdiqləyiblər, ilkin məlumata görə, buna səbəb bütün bədənin termiki yanığı olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirirlər.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər