Bütün xəbərlər
Krımda İstintaq Komitəsi tələbə ilə müəllim arasında telefonla davanın videosunu yoxlayır
Tarix: 13-09-2024 19:14 | Bölmə: Cəmiyyət

Krımda məktəbli ilə müəllimin davasını əks etdirən videonun dərcindən sonra araşdırma başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisənin təfərrüatları barədə Krım və Sevastopol İstintaq Komitəsinin regional idarəsi məlumat verib.
Qeyd edək ki, səsyazmada şagirdin cib telefonu ilə müəllimi vurması əks olunub. Müstəntiqlər videonu Telegram kanallarından birində tapıblar.
“Simferopol vilayəti üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin maddələri üzrə araşdırma aparılır, hadisənin baş vermə şəraiti müəyyən edilir və ekspertizalar təyin edilib”, - İstintaq İdarəsi məlumatda aydınlıq gətirir.
Yerli prokurorluq bildirib ki, ilkin məlumata görə, müəllim dərs zamanı mobil telefonunu götürmək istəyən 5-ci sinif şagirdi müəllimi telefonla vurub.
Nəzərinizə çatdıraq ki, yeni tədris ilindən etibarən Rusiya məktəblərində dərsdə smartfondan istifadə qadağan edilib.



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər