Bütün xəbərlər
Samarada yeniyetmələrə hücum edən miqrantlar məhkəmə qarşısına çıxarılacaq
Tarix: 09-09-2024 21:25 | Bölmə: Cəmiyyət

Samarada 7 xarici vətəndaş döyülmə, xuliqanlıq və qəsdən sağlamlığa zərər vurma maddələri ilə 12 cinayətdə ittiham olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Samara vilayəti prokurorluğunun mətbuat xidmətindən “Samara” Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə verilən məlumata görə, Tacikistan və Qırğızıstandan olan 14-23 yaşlı miqrantlar 2023-cü ilin oktyabr ayında cinayətkar qrup təşkil edərək yerli azyaşlılara dəfələrlə hücum ediblər. Qarşıdurma nəticəsində 9 yeniyetmə yaralanıb.
Bir neçə cinayət işi başlanıb, bir prosesdə birləşdirilib.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər