14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
BFMTV: Nitsada 7 nəfərin öldüyü evin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 22-07-2024 17:27 | Bölmə: Cəmiyyət

Fransa polisi Nitsada evin yandırılmasında şübhəli bilinən şəxsi saxlayıb. Yanğın nəticəsində 7 nəfər ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, BFMTV üç şübhəlidən birinin həbsindən yazır. Bundan başqa, şübhəlilər arasında olmayan, lakin onlarla əlaqəli olan daha bir şəxs saxlanılıb.
Bildirilir ki, bazar ertəsi daha sonra Nitsa prokuroru həbsin bütün təfərrüatlarını təqdim edəcək rəsmi mətbuat konfransı keçirəcək.
Ötən cümə axşamı Nitsada yaşayış binasında yanğın baş verib və nəticədə üçü uşaq olmaqla 7 nəfər ölüb.
Yanğının söndürülməsinə 30 texnikadan istifadə etməklə 85 yanğınsöndürən cəlb olunub. Yanan binadan 30-dan çox insan təxliyə edilib.


Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər