Bütün xəbərlər
Oğluna bıçaqla hücum edib
Tarix: 12-07-2024 23:51 | Bölmə: Cəmiyyət

Stavropol diyarının Neftekumsk şəhərində 17 yaşlı oğluna bir neçə bıçaq xəsarəti yetirən 47 yaşlı yerli sakinə qarşı cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin regional qərargahının məlumatına görə, fövqəladə hadisə iyulun 9-na keçən gecə baş verib. Oğlunun evə gec qayıtması atanın xoşuna gəlməyib. Onların arasında münaqişə yaranıb və bir anda sərxoş olan şəxs əlindən bıçağı alaraq yeniyetmənin bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə endirib.
Zərərçəkənin kiçik qardaşı təcili yardım çağırıb. Oğlana vaxtında tibbi yardım göstərildiyi üçün indi onun həyatı təhlükədə deyil.
Hücum edən şəxs saxlanılıb və ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə həmin şəxsi həbsə göndərib.
Cinayət işi üzrə istintaq davam edir. Onun barəsində məhkəmə-tibbi ekspertizalar kompleksi təyin edilib, digər istintaq və prosessual hərəkətlər davam etdirilir.


Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər