Bütün xəbərlər
Belqorod vilayətində sərhəd yaxınlığında kamikadze pilotsuz təyyarə traktor sürücüsünü yaralayıb
Tarix: 03-07-2024 12:23 | Bölmə: Cəmiyyət

Belqorod vilayətinin Şebekinski şəhər rayonunda ukraynalı hərbçilərin hücumu nəticəsində bir nəfər yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə çərşənbə günü səhər Leninski kəndi yaxınlığında baş verib, burada düşmənin kamikadze pilotsuz uçan aparatı tarla işlərində iştirak edən traktoru vurub.
Qubernator Vyaçeslav Qladkovun sözlərinə görə, traktor sürücüsü döş qəfəsindən, ayağından və qolundan qəlpə yaraları alıb.
Zərərçəkmiş yoldan keçən avtomobillə xəstəxanaya çatdırılıb.
“Ona tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə evə göndərilib”, - deyə, rayon rəhbəri bildirib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, cari günün əvvəlindən hava hücumundan müdafiə ekipajları Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 pilotsuz uçuş aparatını region üzərində vurub.
Belqorod vilayətində iki dəfə raket xəbərdarlığı siqnalı elan edilib.


Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub