Bütün xəbərlər
İki uşaq kanalda boğulub
Tarix: 22-06-2024 13:19 | Bölmə: Cəmiyyət

Stavropol diyarında, İzobilnenski rayonunda kanalda çimərkən boğulan 10 və 16 yaşlı iki oğlanın ölümünün səbəbləri aydınlaşdırılır, İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsi bildirib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəza iyunun 21-i axşam saatlarında baş verib. İstintaq Komitəsinin məlumatına görə, məktəblilər Novoizobilnı kəndindəki Pravoeqorlıqski kanalında çimmək üçün qadağan olunmuş ərazidə istirahət ediblər. Oğlanları çimərkən cərəyan aparıb və boğulub.
İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmalara başlayıb, cinayət işinin başlanması məsələsi həll edilir.


Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər