Bütün xəbərlər
Kilsəni yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 04-06-2024 11:10 | Bölmə: Cəmiyyət

Tümendə Müqəddəs Mübarək Knyaz Dimitri Donskoy kilsəsini yandıran piromanyak saxlanılıb, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iyunun 3-də axşam saatlarında bir nəfər velosipedlə Respublika küçəsində kilsəyə gəlib, bir neçə molotov kokteyli atıb və gözdən itib. Xilasedicilər gələnə qədər yanğın nəzarət altına alınıb; yanğın sahəsi cəmi iki kvadratmetr olub.
Vandalizm və əmlaka qəsdən ziyan vurmaqda şübhəli bilinən 43 yaşlı yerli sakin saxlanılıb. Onu nəyin motivasiya etdiyi məlum deyil. Faktlarla bağlı cinayət işləri başlanıb.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub
12-06-2024, 10:55 Sərxoş turist döyülüb