Bütün xəbərlər
İki oğlan uşağı dəm qazından zəhərlənərək ölüb
Tarix: 25-03-2024 15:26 | Bölmə: Cəmiyyət

İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, Altay diyarında fərdi evdə iki azyaşlı uşaq, ehtimal ki, dəm qazından zəhərlənərək ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciə martın 23-də səhər tezdən Loktevski rayonunun Gilevo kəndində baş verib. Dörd və altı yaşlı oğlanlar öz otaqlarında olarkən cəsədləri anası və qayınanası tapıb. İlkin müayinə uşaqların dəm qazından zəhərləndiyini göstərir. Böyüklərin vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.
Faktla bağlı ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb.


Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər