Bütün xəbərlər
Müəllim dərs zamanı əlil qızı vurub
Tarix: 12-02-2024 14:24 | Bölmə: Cəmiyyət

Prokurorluq Sverdlovsk vilayətinin Novouralsk şəhərindəki 1 nömrəli məktəbdə baş vermiş hadisənin şəraitini araşdırır, bu barədə fevralın 12-də məlum olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkələrdə fiziki məhdudiyyətli şagirdlə müəllim arasında dərs zamanı yaranan münaqişənin görüntüləri yayıldıqdan sonra yoxlama başlayıb.
Müəllim emosiyalarını saxlaya bilməyib və uşağın çiyninə zərbə endirib, bunu başqa bir şagird lentə alıb.
“Eyni zamanda, nəşrdə oxşar faktların digər əlil uşaqlarla bağlı da baş verdiyi göstərilir”, - deyə, idarədən bildirilib.
Məhkəmə-tibbi ekspertizası qızın sağlamlığına dəymiş zərərin dərəcəsini müəyyən edəcək, məktəbdə təhsil qanunvericiliyinə, yetkinlik yaşına çatmayanların həyat və sağlamlığının qorunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmasına hüquqi qiymət veriləcək.
Bəzi məlumatlara görə, artıq təhsil müəssisəsinin rəhbərliyi özünün apardığı daxili auditin nəticələrinə görə müəllimi işdən azad edib, lakin bu məlumat hələ ki, rəsmən təsdiqini tapmayıb.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər