Bütün xəbərlər
Partlayışdan sonra taksi yanıb
Tarix: 05-12-2023 20:01 | Bölmə: Cəmiyyət

Moskvada taksi sürücüsü avtomobildə baş verən partlayışdan sonra əli yanıq xəsarəti alıb, Moskva yol polisi idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 5-də axşam saatlarında Volqoqradski prospektindəki 177/30 saylı evin ərazisində baş verib. "MK" avtomobil markasını adlandırır - Çin JAC. Parlaq partlayışdan sonra avtomobildə yanğın başlayıb və sürücü kabinəni tərk etsə də, o, hərəkətini davam etdirib.
Zərərçəkmiş əlindən yanıq xəsarəti alıb. Volqoqradski prospekti ilə mərkəzə doğru hərəkət çətindir.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər