Bütün xəbərlər
Müəssisədə güclü yanğın baş verib
Tarix: 26-11-2023 22:38 | Bölmə: Cəmiyyət

Çelyabinskdəki müəssisələrdən birində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yağ transformatoru yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın sahəsi 40 kvadratmetr olub. Hazırda açıq atəşin qarşısı alınıb. Yanğının söndürülməsinə yanğınsöndürənlərdən dörd, müəssisənin özündən isə daha iki sistern cəlb olunub.
RİA Novosti-nin verdiyi məlumata görə, yanğın ÇTZ-Uraltrak zavodunun ərazisində baş verib.
Bundan əlavə, sosial şəbəkələrdə yanğından parıltı və partlayışı əks etdirən video yayılıb.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər