Bütün xəbərlər
Qəhvəçəkən maşının partlaması nəticəsində uşaq xəsarət alıb
Tarix: 26-11-2023 20:13 | Bölmə: Cəmiyyət

Trans-Baykal diyarının Baley şəhərinin azyaşlı sakini məişət avadanlığının partlaması nəticəsində xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb.
Uşağın vəziyyəti orta ağırdır və o, rayon Uşaq Klinik Xəstəxanasına yerləşdirilib. Mətbuat xidməti əlavə edib ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını müəyyənləşdirirlər.
KİV-in məlumatına görə, oğlanın atasının evin yaxınlığında tapdığı qəhvəçəkən maşın partlayıb. Uşaq onun işləyib-işləmədiyini yoxlamaq istədi və onu elektrik şəbəkəsinə qoşdu - partlayış baş verdi. Uşaq çoxsaylı qəlpə yaraları alıb və əli amputasiya edilib. İstintaq Komitəsi adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb.


Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər