Bütün xəbərlər
Bir həftədən çoxdur Yeniseyə düşən qızı axtarırlar
Tarix: 17-11-2023 09:54 | Bölmə: Cəmiyyət

Xilasedicilər bir həftədən artıqdır ki, Tuvada itkin düşən 13 yaşlı qızı axtarır, o, noyabrın 8-də Yenisey çayına düşmüşdür.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şöbədən gətirilən aydınlığa görə, xilasedicilər lazımi avadanlıqlarla tez bir zamanda hadisə yerinə gedib. Piyada qruplar sualtı kameralardan istifadə edərək çayın aşağı axınında əraziləri araşdırıblar.
Əməliyyata ümumilikdə 41 nəfər və altı texnika cəlb olunub. Onlar Yeniseyin hər iki sahilini “darayırlar”, çatmaq çətin olan yerlərdə dronlardan istifadə edirlər. Axtarışlarda polis və qızın yaxınları da iştirak edir.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər