12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Keçmiş xokkeyçinin qətlində şübhəli bilinən şəxs həbs edilib
Tarix: 14-11-2023 22:05 | Bölmə: Cəmiyyət

Cənubi Yorkşir polisi amerikalı “Nottingham Panthers” xokkeyçisi Adam Consonun qətlində şübhəli bilinən şəxsin həbs olunduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı xokkeyçi konki vurması nəticəsində dünyasını dəyişib.
Britaniyanın BBC telekanalı həmin şəxsin həbsi barədə məlumat yayıb. Mənbənin sözlərinə görə, həbs yarılmadan sonra baş verib. Nəticədə xokkeyçinin boyun nahiyəsindən öldüyü müəyyən edilib.
Polis çərşənbə axşamı şübhəli şəxsi həbs edib. İndi o, oyun zamanı baş verən faciəvi hadisənin bütün halları aydınlaşana qədər həbsdə olacaq.
Xatırladaq ki, Conson oktyabrın sonunda dünyasını dəyişib. İnsident İngiltərə çempionatının "Şeffild Stilers"lə oyununda baş verib. Nə arenada növbətçi həkim briqadası, nə də xəstəxana işçiləri keçmiş "Pittsburgh Penguins" oyunçusunu xilas edə bilməyiblər.


Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər