12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Moskvada yaşayış binası və inzibati bina yanıb
Tarix: 13-11-2023 23:07 | Bölmə: Cəmiyyət

Noyabrın 13-ü axşam saatlarında Moskva yanğınsöndürənləri iki yanğına müdaxilə ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Paytaxtın şimal-qərbində hündürmərtəbəli yaşayış binasında mənzil yanıb, Moskvanın cənubunda isə inzibati binada baş verən yanğınla əlaqədar insanlar təxliyə edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bazar ertəsi axşam saatlarında Moskvanın Şimal-Qərb İnzibati Dairəsində yaşayış binalarından birində 16-cı mərtəbədəki mənzildə və eyvanda sakinlərin şəxsi əşyaları və ev əşyaları yanıb. 20 sakin binadan özbaşına təxliyə edilib. Təxminən 10 kvadratmetr ərazini əhatə edən yanğın söndürülüb. Ölən və yaralananlar barədə məlumat verilmir.
Təxminən eyni vaxtda xilasedicilər Cənub İnzibati Dairəsində yerləşən inzibati binanın ikinci mərtəbəsində yanğın barədə məlumat veriblər. Yanğın təxminən 30 kvadratmetr ərazini əhatə edib.
Binada olan 10 nəfər özbaşına təxliyyə edə bilib. Hadisə yerində 38 yanğınsöndürən və 10 texnika çalışıb. Yanğın söndürülüb, xəsarət alan olmayıb. Hadisələrin səbəbləri və şəraiti aydınlaşdırılır.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər