Bütün xəbərlər
Saxalində yanan evdən 6 böyük və 4 uşaq təxliyə edilib
Tarix: 13-11-2023 10:29 | Bölmə: Cəmiyyət

Saxalin vilayətinin Aniva şəhər rayonunda yaşayış binası yanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 10 nəfər təxliyə edilib.
"Novotroitskoye kəndində, Letnyaya küçəsi 3A ünvanında çoxmərtəbəli yaşayış binasının mənzilində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlər gələn zaman güclü tüstü qalxıb", - Rusiya Nazirliyinin mətbuat xidməti bildirir.
Qeyd olunur ki, yanğınsöndürənlər yuxarı mərtəbələrdəki mənzillərdən dördü uşaq olmaqla 10 nəfəri təxliyə ediblər.
Görülən tədbirlər nəticəsində yanğın 12 kv.m sahədə lokallaşdırılıb.
Daha əvvəl Tomskda müstəntiqlər ikimərtəbəli taxta evin sakinlərinin dəm qazından zəhərlənməsi ilə bağlı araşdırmaya başlayıblar və nəticədə səkkiz nəfər xəstəxanaya yerləşdirilib.


Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər