Bütün xəbərlər
Xarkovda baş verən partlayışın təfərrüatları məlum olub
Tarix: 12-11-2023 12:01 | Bölmə: Cəmiyyət

Yerli media yazır ki, Xarkovda yanacaqdoldurma məntəqəsində partlayış baş verib və yanğın başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl dəmiryol vağzalı ərazisində partlayışın baş verdiyi məlum olub. Eyni zamanda, şəhərdə hava sirenləri işləməyib, Rusiya raketlərinin və ya PUA-larının uçuşu qeydə alınmayıb.
Yenilənmiş məlumata görə, yanacaqdoldurma məntəqəsində nə isə partlayıb, bundan sonra yanğın başlayıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti hələ ki, məlumatı rəsmi şəkildə şərh etməyib.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər