Bütün xəbərlər
Mikroavtobus üç yaşlı qızın üstünə çıxıb
Tarix: 09-11-2023 16:22 | Bölmə: Cəmiyyət

Stavropol diyarında həkimlər "QAZelle" markalı mliroavtobusun təkərləri altına düşən üç yaşlı qızın həyatı üçün mübarizə aparır, bu barədə vilayət yol polisi idarəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəza noyabrın 9-da səhər saatlarında Blaqodarnı şəhərində baş verib. İlkin məlumata görə, qız anası ilə avtobus dayanacağında dayanıb və ayağı büdrəyərək yola düşən mikroavtobusun altına düşüb.
Uşaq ağır xəsarətlərlə reanimasiyaya yerləşdirilib. Zərərçəkənin vəziyyəti imkan verən kimi o, Stavropoldakı regional xəstəxanaya aparılacaq.
Mikroavtobusu 60 yaşlı sürücü idarə edib. Son iki il ərzində o, altı dəfə sürət həddini aşdığına görə cəzalandırılıb. Ekspertiza onun hadisə zamanı ayıq olub-olmadığını müəyyən edəcək.
Yol polisi əlavə edib ki, qəza ilə bağlı araşdırma aparılır və iştirakçıların məsuliyyət dərəcəsi müəyyənləşdirilir.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər