Bütün xəbərlər
9-cu mərtəbədən yıxılan uşaq sağ qalıb
Tarix: 08-11-2023 15:32 | Bölmə: Cəmiyyət

Omskda on yaşlı uşaq yaşayış binasının 9-cu mərtəbəsinin pəncərəsindən yıxılaraq sağ qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, uşaq ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Müstəntiqlər hadisənin baş vermə şəraitini araşdırır. İstintaq Komitəsinin regional qərargahından verilən məlumata görə, fövqəladə hadisə gün ərzində Pervokirpiçnı mikrorayonunun Krasnoznamenaya küçəsindəki evlərdən birində baş verib.
Qonşu evin sakinləri pəncərənin üstündə dayanan oğlanı görüblər və eyni zamanda təcili yardım nömrəsini yığarkən uşağa xəbərdarlıq etməyə çalışıblar.
Lakin oğlan yıxılıb və ağır xəsarətlərlə xəstəxanaya göndərilib. İstintaqın məlumatına görə, hadisə zamanı zərərçəkənin anası evdə olub. Hazırda qadın dindirilir.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər