Bütün xəbərlər
Moskvanın mərkəzində restoranın yaxınlığında atışma olub
Tarix: 05-11-2023 21:47 | Bölmə: Cəmiyyət

Moskvanın mərkəzində "Paulaner" restoranının yaxınlığında atışma baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlər olub. Bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.
İlkin məlumatlara görə, atışma sərxoş ziyarətçi tərəfindən törədilib. Onun hərəkətləri nəticəsində bir neçə nəfər xəsarət alıb.
TASS xəbər verir ki, restoran Şlyuzovaya sahilində yerləşir. Hadisə ilə bağlı təfərrüatlar dəqiqləşdirilir.
Moskva prokurorluğu atəşi həyata keçirən hücumçunun saxlanıldığını bildirir.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər