Bütün xəbərlər
Finlandiya hava limanının uçuş-enmə zolağı ilə qaçan şəxs saxlanılıb
Tarix: 05-11-2023 20:52 | Bölmə: Cəmiyyət

Helsinki-Vantaa hava limanında terminalın qapılarını sındıraraq təyyarələr arasında qaçan şəxs saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dindirmə zamanı küylü şəxs qəfildən uçuş sahəsinə çıxmaq istəyinin güclü olduğunu bildirib.
“İltalehti” qəzetinin məlumatına görə, Finlandiyanın ən böyük hava limanında insident ötən şənbə səhər tezdən baş verib. Təxminən 40 yaşlı kişi yol boyu iki qapının qıfıllarını sındıraraq uçuş-enmə zolağına çıxıb.
Hava limanının əməkdaşları onu görüb saxladıqdan sonra vətəndaş təyyarənin enişinə tərəf qaça bilib. Hadisə yerinə polis çağırılıb və kişini nəzarətə götürüb. Saxlanma fəsadsız keçib və şəxs ətrafdakılar üçün təhlükə yaratmayıb.
Saxlanılan şəxs hava limanına ziyan vurmaqda və təhlükəsizlik qaydalarını pozmaqda ittiham olunub.


Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər