20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Qadın qətlinin üstü yubanmadan açılıb
Tarix: 05-11-2023 20:32 | Bölmə: Cəmiyyət

Rusiya Daxili İşlər Nazirliyinin bazar günü, noyabrın 5-də verdiyi məlumata görə, polis əməkdaşları Moskvanın cənubunda törədilmiş qətlin üstünü dərhal açıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, paytaxtın Biryulyovo Vostoçnoe rayonunda Zaqoryevskaya küçəsindəki yaşayış binasında mənzildə qadın meyiti tapılıb.
45 yaşlı qurbanın cəsədinə baxış keçirilərkən zorakılıqla ölüm izləri aşkarlanıb.
Polis mümkün olan ən qısa müddətdə şübhəlinin yerini müəyyənləşdirib.
Tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi saxlayıblar - yaxın vaxtlarda 49 yaşlı kişi xüsusi ağır cinayətin baş vermə şəraitini araşdıracaq istintaq orqanlarına təhvil veriləcək.



Baxış sayı: 328


Bölməyə aid digər xəbərlər