Bütün xəbərlər
Elektrikli velosipedlə işləyən kuryer səkidə qızı vurub
Tarix: 04-11-2023 21:01 | Bölmə: Cəmiyyət

Soçidə yeddi yaşlı qızı elektrik velosipedi ilə hərəkət edən gənc oğlan səkidə vurduqdan sonra xəstəxanaya aparılıb, Daxili İşlər Nazirliyinin şəhər idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə noyabrın 3-ü axşam saatlarında Kurortnı prospektində baş verib. İkitəkərli avtomobili müştəriyə çatmağa tələsən 22 yaşlı Orenburqdan olan kuryer idarə edib.
Qız asfaltın üzərinə yıxılıb, bədənindən qan axmağa başlayıb. Gənc təcili yardımın gəlməsini gözləyib, daha sonra oradan uzaqlaşıb. O, bir neçə saatdan sonra saxlanılıb, heç bir bəhanə gətirməyib və hər şeyi hüquq-mühafizə orqanlarının əməkdaşlarına danışıb.


Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər