21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
Bütün xəbərlər
Polis əməkdaşını hədələyən azərbaycanlılar axtarılır
Tarix: 02-11-2023 22:55 | Bölmə: Cəmiyyət

Paytaxtın istintaq orqanlarının əməkdaşları Moskva metrosunun birində hüquq-mühafizə orqanının əməkdaşı və bir qrup qonşu ölkənin yerli sakininin iştirakı ilə baş vermiş insidentdən sonra iki cinayət maddəsi ilə iş açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, kütləvi informasiya vasitələrində oktyabrın 24-də “Lyublino” metrostansiyasının yaxınlığında bir qrup Azərbaycan Respublikası vətəndaşının uca səslə, nümayişkaranə şəkildə və öz hörmətsizliklərini gizlətmədən polis əməkdaşını hədələmələri barədə məlumatlar dərc olunub.
Hadisə ilə bağlı “Hakimiyyət nümayəndəsini zorakılıqla hədələmə” və “Hakimiyyət nümayəndəsini təhqir etmə” maddələri ilə cinayət işi başlanıb.
Müstəntiqlər hadisə şahidlərini dindirir və CCTV görüntülərini öyrənirlər. Qeyd olunan hadisələrdə iştirak edən şəxslər müəyyənləşdirilir, onların tapılması istiqamətində tədbirlər görülür.



Baxış sayı: 408


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib