Bütün xəbərlər
Vladivostokda oğlunu qətlə yetirməkdə şübhəli bilinən 45 yaşlı ana həbs edilib
Tarix: 02-11-2023 09:44 | Bölmə: Cəmiyyət




Məhkəmə əvvəllər 4 yaşlı uşağını vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Primorye sakini barəsində həbs qətimkan tədbiri seçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Cinayət çərşənbə axşamı, oktyabrın 31-də Primoryenin paytaxtında kotteclərdən birində törədilib. İstintaqın məlumatına görə, ana gecə saatlarında oğlana azı 5 bıçaq zərbəsi vurub. Uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib. Həmin vaxt qadının əri yatıb. O, səhər saatlarında oğlunun meyitini tapıb.
Qadın saxlanılıb. Onun əvvəllər psixiatrik müalicə aldığı məlum olub. Hadisə ilə bağlı iki cinayət işi açılıb - adam öldürmə və psixiatrların səhlənkarlığı.
Cümə axşamı Primorsk diyarının prokurorluğu bildirib ki, məhkəmənin qərarı ilə qadın istintaq zamanı azı iki ay həbs edilib. İstintaqın gedişi və nəticələrinə Vladivostokun Sovetski rayonunun prokurorluğu nəzarət edir.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər