12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
İçki həvəskarı intiqam məqsədilə barı yandırmağa cəhd edib
Tarix: 01-11-2023 10:48 | Bölmə: Cəmiyyət

Volqoqradda əməliyyatçılar əyləncə müəssisəsini yandırmağa cəhd etməkdə şübhəli bilinən yerli sakini saxlayıblar, faktla bağlı cinayət işi açılıb, Daxili İşlər Nazirliyinin regional baş idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Traktorozavodski rayonundakı barın sahibi cinayət barədə polisə məlumat verib. Onun sözlərinə görə, CCTV görüntülərinə baxarkən naməlum şəxsin müəssisəni necə yandırmağa cəhd etdiyini aşkar edib.
Polis vaxt itirmədən əvvəllər bir neçə dəfə məhkum olunmuş 56 yaşlı qadını saxlayıb. Məlum olub ki, o, içki içməyi xoşladığı müəssisənin daimi müştərisidir. Onunla işçilər arasında tez-tez mübahisələr və münaqişələr yaranırdı.
Bara növbəti dəfə baş çəkdikdən və ona irad bildirdikdən sonra volqoqradlı qadın qisas almaq qərarına gəlib. O, gecə saatlarında müəssisəyə gələrək qapının üstünə yanar maye tökdükdən sonra barı yandırmağa cəhd edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qadın özgənin əmlakını məhv etməyə və ya qəsdən zədələməyə cəhddə ittiham olunur.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər