12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Moskva vilayətində 20 kursant rotavirusla xəstəxanaya yerləşdirilib
Tarix: 01-11-2023 09:53 | Bölmə: Cəmiyyət

Moskva vilayətində Luxovitski rayonunun Dedinovo kəndində kursant məktəbinin 20 şagirdinin zəhərlənməsindən sonra cinayət işi açılıb, zərərçəkənlər xəstəxanaya yerləşdirilib, Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi və vilayət prokurorluğu bildiriblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaqın məlumatına görə, oktyabrın 31-də uşaqların səhhətlərində kəskin pisləşmə müşahidə olunub. Həmin gün axşam saatlarında 20 şagird rotavirus infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həyatın və sağlamlığın təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi başlanıb.
Müstəntiqlər tezliklə məktəbə baxış keçirəcək, həmçinin rəhbərliyi və uşaqları dindirəcəklər. Hadisə ilə bağlı məlumat Rospotrebnadzor-a göndərilib.
Moskva vilayətinin prokurorluğu da öz növbəsində araşdırmaya başlayıb, onun çərçivəsində hadisənin bütün hallarını müəyyən edəcək. Yoxlamanın nəticələrinə əsasən prokuror cavab tədbirləri görülə bilər.


Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər