12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Mahaçqalada iğtişaşlarda iştirak edən 83 nəfər saxlanılıb
Tarix: 30-10-2023 23:23 | Bölmə: Cəmiyyət

Mahaçqala hava limanında saxlanılan iğtişaş iştirakçılarının sayı 83 nəfərə çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsindən məlumat verilib.
Polis iğtişaşlardan sonra 50-dən çox axtarış aparıb. Ofis avadanlıqları və telefonlar müsadirə edilib.
Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi regionda əməliyyat şəraitinin hüquq-mühafizə orqanlarının nəzarətində olduğuna diqqət çəkir.
Rusiya prezidenti Dağıstan Respublikasındakı vəziyyətlə bağlı görüşdə deyib ki, Mahaçqala hadisələri başqa şeylərlə yanaşı, sosial şəbəkələr vasitəsilə də ilhamlanıb. Ən azından Ukrayna ərazisindən Qərb kəşfiyyat orqanlarının əli ilə.
Hava limanında iğtişaşlar oktyabrın 29-u axşam saatlarında başlayıb. Təl-Əvivdən uçan təyyarənin enməsinə vətəndaşlar etiraz ediblər.


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər