12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Moskvada polisə atəş açaraq hücum edən şəxs həbs edilib
Tarix: 30-10-2023 20:48 | Bölmə: Cəmiyyət


Moskvanın şimalında xuliqanlıq və dövlət məmuruna qarşı zorakılıqda təqsirləndirilən 23 yaşlı gənc barəsində həbs-qətimkan tədbiri seçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar ertəsi, oktyabrın 30-da paytaxt prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ötən şənbə günü Sofiya Kovalevskaya küçəsində sərxoş vəziyyətdə olan vətəndaş ictimai nəqliyyatın dayanacağında avtoxuliqanlıq etməyə başlayıb və pnevmatik tapançadan atəş açıb.
Kişinin azyaşlı uşağı olan qadın tərəfi nişan aldığı, nəticədə güllənin qadına dəydiyi qeyd edilir.
Eyni zamanda, paytaxtın İstintaq Komitəsinin vurğuladığı kimi, şəxs "ictimai asayişi kobud şəkildə pozaraq, ətrafındakılara qarşı çıxmaq və onlara qarşı iyrənc münasibət nümayiş etdirmək istəyən" hərəkət edib.
Bundan sonra Tacikistan Respublikası vətəndaşı olan avtoxuliqan yaxınlaşan avtobusa minərək səbəbsiz yerə sərnişinə atəş açıb.
Təqsirləndirilən şəxs həbs zamanı da aqressivlik nümayiş etdirib və polisə müqavimət göstərib.


Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər