Bütün xəbərlər
"Napoli" stadionunda kişi meyiti tapılıb
Tarix: 30-10-2023 15:58 | Bölmə: Cəmiyyət

A seriyasının mərkəzi oyunlarından birində İtaliya çempionu "Napoli" "Milan"ı qəbul edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.
"Napoli" - "Milan" görüşü faciə ilə yadda qalıb. Çox güman ki, qonaq komandanın azarkeşi olan şəxs stadiona daxil olmaq istəyərkən dünyasını dəyişib.
"Corriere dello Sport"un məlumatına görə, oyundan sonra Dieqo Armando Maradona stadionunun yeraltı dayanacağında kişi meyiti tapılıb. Ölüm hündürlükdən yıxılma nəticəsində baş verib. Zərərçəkmiş həyatla uyğun gəlməyən kəllə-beyin travması alıb.
Polis 42 yaşlı kişinin Milandan dostu ilə gəldiyini və sevimli komandasının oyununa pulsuz getmək istədiyini müəyyən edib. Zərərçəkmiş stadiona daxil olmaq istəyərkən tirdən-  20 metr hündürlükdən yıxılıb. Zərərçəkənin dostunun hadisə barədə təcili xidmətə niyə xəbər vermədiyi hələ də qaranlıq qalır və qurbanın cəsədi matç bitdikdən bir neçə saat sonra aşkar edilib.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər