Bütün xəbərlər
Arvadını uşağın gözü qarşısında döyüb və videoya düşüb
Tarix: 28-10-2023 13:18 | Bölmə: Cəmiyyət

Sosial şəbəkələrdə Saratov vilayətinin Engels şəhərinin Telman küçəsində yerləşən yaşayış binasının girişinin yaxınlığında bir kişinin ailə münaqişəsi zəminində yaratdığı görüntülər yayılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ailə başçısının həyat yoldaşına qarşı iddiaları olub. Kiçik qızının yanında olmasından utanmayan vətəndaş arvadını təhqir etməyə başlayıb, daha sonra “sözdən işə keçib” və uşağın gözü qarşısında qadını döyüb.
Rusiya Daxili İşlər Nazirliyinin Saratov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib ki, bu video polis tərəfindən şənbə günü, oktyabrın 28-də şəbəkə monitorinqi zamanı aşkar edilib.

Müşahidə kamerasına düşən şəxsin hərəkətləri əsasında artıq istintaqa hazırlıq başlayıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ailənin aqressiv atasının şəxsiyyətini və yerini müəyyənləşdirir.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər