Bütün xəbərlər
Biznes klass mehmanxanada baş vermiş güclü yanğın söndürülür
Tarix: 28-10-2023 12:39 | Bölmə: Cəmiyyət


Naberejnıye Çelnıda “Camarooms” biznes klass otelində güclü yanğın baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın sahəsi dörd min kvadratmetri keçib.
Tatarıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin məlumatına görə, yerli vaxtla səhər saat 10 radələrində Moskva prospektində mehmanxana binasında yanğın baş verməsi barədə xəbər fövqəladə hallar xidmətinə daxil olub.
İndi gələn qarnizon binanı söndürməyə başlayıb. İnsanlar oteldən təxliyə edilir. Mümkün zərərçəkənlər, eləcə də yanğının səbəbləri barədə məlumatlar hələ də dəqiqləşdirilir. İlkin məlumata görə, binanın fasadı tamamilə yanıb.
Fövqəladə hadisə yerinə prokurorluğun əməkdaşları da gedib. Nəzarət qurumunun nümayəndəsi evakuasiya, müvəqqəti yerləşdirmənin təşkili, qonaqların və otel işçilərinin qidalanması ilə bağlı vəziyyətə nəzarət edəcək.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər