Bütün xəbərlər
Yeni tanışını az qala öldürəcək paytaxt sakini polis tərəfindən saxlanılıb
Tarix: 27-10-2023 22:24 | Bölmə: Cəmiyyət

Moskvanın istintaq orqanları şəhərin şərqində baş vermiş insidentlə bağlı adam öldürməyə cəhdlə bağlı cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, 37 yaşlı şübhəli oktyabrın 26-na keçən gecə Kuskovskaya küçəsindəki mənzildə içki içdiyi tanımadığı kişiyə bıçaqla hücum edib. Münaqişənin səbəbləri açıqlanmır. Məlum olub ki, zərərçəkmiş baş, üz və döş qəfəsindən bıçaq xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı “Qətlə cəhd” maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxs cümə günü axşam saatlarında saxlanılıb. O, dindirilmək üçün istintaq orqanlarına aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər