Bütün xəbərlər
Moskvada müğənni Abraham Russonun oğurlanması işi üzrə təqsirləndirilən şəxs həbs edilib
Tarix: 27-10-2023 09:50 | Bölmə: Cəmiyyət


Müğənni Abraham Russonun 2004 və 2006-cı illərdə oğurlanması və həyatına sui-qəsddən sonra başlanan cinayət işlərində əli olan daha bir şəxs sənətçiyə qarşı cinayətlərin törədilməsindən təxminən 20 il sonra həbsxanaya göndərilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS agentliyinin məlumatına görə, söhbət Abraham Russoya sui-qəsd və onu öldürməyə cəhddə iştirakda ittiham olunan Tarxan Eldukaevdən gedir. Cümə axşamı, oktyabrın 26-da Moskvanın Basmannı məhkəməsi təqsirləndirilən şəxsə ən azı dekabrın 25-dək həbs qətimkan tədbiri seçib. Eldukaevin törədilmiş cinayətlərdə rolu göstərilmir. Təqsirləndirilən şəxs özü də günahını etiraf etmir.
İstintaqın məlumatına görə, 2004-cü il yanvarın sonunda Russo biznesmen Telman İsmayılov və onun əlaltıları tərəfindən qaçırılıb. Müğənni döyülüb, sonra isə prodüser Cozef Priqojinlə əməkdaşlığı dayandırmağa və onun şərtləri əsasında İsmayılovla işləməyə razı olana qədər təxminən bir gün bağ evində saxlanılıb. İndi İsmayılov muzdlu qətllərin təşkilində şübhəli bilinərək axtarışa verilib.
2006-cı ildə Russoya cəhd edilib. Onun avtomobili Plyuşçixa küçəsində atəşə tutulub. Müğənninin mühafizəçisi ölümcül yaralanıb, maşın sürən Abrahamın özü isə bud nahiyəsindən bir neçə güllə alıb, lakin yenə də yaramazların əlindən qaça bilib.
Sui-qəsdin digər şərikləri - Vladimir Qusakov, Elyar Dəmirov və Zaur Mərdanova artıq hökm oxunub. Məhkəmənin hökmü ilə onlar 5, 6 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Lakin iddia müddəti başa çatdığından onlar cəzadan azad ediliblər.
2022-ci ildə Russoya sui-qəsdin daha iki ortağı, Aleksey Tryasnikov və Vitali Djura 12 və 9 il müddətinə ciddi rejimli koloniyaya göndərilib. Onların ortağı Mixail Demkin də onlara qoşula bilərdi, lakin ölümü ilə əlaqədar ona qarşı iş dayandırıldı.





Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər