Bütün xəbərlər
Sərnişinləri olan təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxıb
Tarix: 24-10-2023 09:42 | Bölmə: Cəmiyyət

Müstəntiqlər Sankt-Peterburq-Perm reysi ilə uçan sərnişin təyyarəsi ilə insidentin səbəblərini müəyyənləşdirirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb.
Mərkəzi Regionlararası Nəqliyyat İstintaq İdarəsinin məlumatına görə, oktyabrın 24-də saat 06:30 radələrində Şimal paytaxtından uçan və Perm hava limanına enən “Smartavia” sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb.
Təyyarədə 6 ekipaj üzvü və 14-ü uşaq olmaqla 168 sərnişin olub. İlkin məlumatlara görə, itki yoxdur və təyyarəyə ziyan dəyməyib.
Hadisəyə ilkin səbəb kimi əlverişsiz hava şəraiti göstərilir. Hazırda yoxlama aparılır. Hadisə ilə əlaqədar hava limanının fəaliyyəti dayandırılıb.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər