Bütün xəbərlər
London hava limanında 1405 avtomobili yandıran ehtimal olunan şəxs saxlanılıb
Tarix: 23-10-2023 16:08 | Bölmə: Cəmiyyət

Böyük Britaniyada 30 yaşlı kişi London Luton hava limanında min yarıma yaxın avtomobili məhv edən böyük yanğında iştirakda şübhəli bilinərək saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, BBC-nin məlumatına görə, Bedfordşir polisi istintaqa qədər həmin şəxsi zaminə buraxıb. Qeyri-rəsmi məlumatlara görə, şübhəli şəxs “ehtiyat tədbiri olaraq” saxlanılıb, çünki hazırda baş verənlərin prioritet versiyalarından biri avtomobillərdən birinin nasazlığı nəticəsində baş verən yanğındır.
Luton hava limanında insident oktyabrın 10-da avtomobil dayanacağının üçüncü mərtəbəsində baş verib. Yanğının söndürülməsində yüzdən çox yanğınsöndürən iştirak edib. Alov dayanacağın bir neçə mərtəbəsini bürüyüb və tikilinin qismən dağılmasına səbəb olub. Təhlükəsiz qalan avtomobillərin konstruksiya altından çıxarılması işləri hələ də davam edir. Versiyalardan birinə görə, yanğın dizellə işləyən avtomobildə - ehtimal ki, Range Roverdə başlayıb və sürətlə yayılıb.
Hava limanından verilən məlumata görə, Aeroportdan bildirilib ki, zədələnmiş 1405 avtomobilin qeydiyyat məlumatları Avtomobil Sığorta Bürosuna (MİB) təqdim edilib. Bundan əlavə, parkinq xidməti şirkəti APCOA ilə birlikdə hava limanının işçiləri yanğından sonra daxil olan demək olar ki, 16 500 müştəri müraciətinə cavab verib.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər