Bütün xəbərlər
Türkiyədə baş verən qəzadan sonra 5 rusiyalı turist xəstəxanaya aparılıb
Tarix: 21-10-2023 20:10 | Bölmə: Cəmiyyət

Oktyabrın 21-i şənbə günü Türkiyədə baş verən qəzadan sonra 5 rusiyalı turist xəstəxanaya aparılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Antalyadakı Baş Konsulluğundan verilən son məlumatlara görə, rusiyalı qadınlardan biri əməliyyat olunub.

Qalan turistlər isə tibb müəssisəsində lazımi tibbi yardım aldıqdan sonra istirahətlərini davam etdirmək qərarına gələrək xəstəxananı tərk ediblər.
Rusiya diplomatik nümayəndəliyinin səsləndirdiyi versiyaya görə, Antalya vilayətinin Manavqat bölgəsində turist avtobusu dayanmış avtomobilə çırpılıb. Bundan əvvəl yerli media eyni istiqamətdə hərəkət edən iki avtobusun toqquşması ilə bağlı məlumat yayıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları fövqəladə vəziyyətin səbəblərini araşdırır və artıq qəza ilə bağlı cinayət işi başlanıb.


Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər