Bütün xəbərlər
Yakutiyada 50 nəfər bərədə sıxışıb qalıb
Tarix: 21-10-2023 16:34 | Bölmə: Cəmiyyət

Şənbə günü, oktyabrın 21-də Nijni Bestyax - Yakutsk marşrutu ilə insanları və nəqliyyat vasitələrini daşıyan "Parom 4" gəmisi sahilə çıxıb.
Şərqi Sibir Nəqliyyat Prokurorluğunun məlumatına görə, hadisə Nijni Bestyax qəsəbəsi yaxınlığında Lena çayında baş verib.



Gəminin göyərtəsində 50 sərnişin və üç ekipaj üzvü olduğu, onlardan heç birinin xəsarət almadığı məlum olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hazırda bərənin uyğun yedək gəmisindən istifadə etməklə yenidən suya salınması istiqamətində işlər aparılır.
Hazırda aparılan araşdırmalar çərçivəsində fövqəladə halın baş vermə şəraiti müəyyən edilir, naviqasiya təhlükəsizliyi qanunvericiliyinə riayət olunması yoxlanılır.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər