Bütün xəbərlər
İtin hücumuna məruz qalan məktəbli xəstəxanaya yerləşdirilib
Tarix: 21-10-2023 10:01 | Bölmə: Cəmiyyət

Primorsk diyarının Dalnereçensk şəhərində it küçədə uşağa hücum edərək, onun əlini şiddətlə dişləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Regional prokurorluğun məlumatına görə, Dalnereçenskin Qarnizon küçəsində hadisə ötən gecə baş verib. İt heç bir aşkar səbəb olmadan 2011-ci il təvəllüdlü oğlana hücum edib.
Uşağın bəxti gətirib - təsadüfi yoldan keçən ona heyvanla mübarizə aparmağa kömək edib. Hazırda nəzarət qurumunun mütəxəssisləri hadisənin başvermə şəraitini aydınlaşdırır və itin sahibini müəyyənləşdirir.
Prokurorlar uşağın ailəsinə uşağa dəymiş ziyana görə kompensasiya tələb etməyə söz verirlər.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər