Bütün xəbərlər
Avtobus yolda yatan kişinin üstünə çıxıb
Tarix: 21-10-2023 08:50 | Bölmə: Cəmiyyət

Turinskdə Dövlət Yol Müfəttişliyinin əməkdaşları 60 yaşlı yerli sakinin ölümü ilə nəticələnən faciəvi hadisənin baş vermə səbəblərini aydınlaşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sverdlovsk Dövlət Yol Müfəttişliyinin verdiyi ilkin məlumata görə, cümə günü axşam saatlarında sərnişinsiz avtovağzala gedən PAZ markalı sərnişin avtobusunun 23 yaşlı sürücüsü tünd paltarda yolun hərəkət hissəsində uzanmış piyadanın üstünə çıxıb. Qəza Turinsk şəhərinin Nekrasova küçəsində baş verib.
Zərərçəkmiş yerindəcə keçinib. Məlum olub ki, ölən şəxs evi qəza yerinin yanında yerləşən yerli sakindir. Məlum olub ki, həmin gün o, bir şüşə araq alıb.
Sürücünün müayinə proseduru gəncin ayıq olduğunu göstərib. O, iddia edir ki, asfaltda yatan şəxsi görməyib və maneəni keçdiyini anlayan kimi dərhal dayanıb. Hadisənin təfərrüatları istintaq-əməliyyat qrupu tərəfindən dəqiqləşdirilir. Qəza ilə bağlı araşdırma aparılır.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər