Bütün xəbərlər
Xabarovskda bir-birini tanımayan iki davakar təyyarədən çıxarılıb
Tarix: 20-10-2023 07:46 | Bölmə: Cəmiyyət

Xabarovskdan Taylanda uçmağı planlaşdıran kişi və qadın uçuşdan əvvəl alkoqoldan sui-istifadə edərək, təyyarənin əks tərəflərində olarkən nalayiq hərəkətlər etməyə başlayıblar. Nəticədə onlar artıq tətillərini evdə keçirəcəklər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Uzaq Şərq polisinin Teleqram kanalının məlumatına görə, oktyabrın 19-da Xabarovsk hava limanında nəqliyyat polisi 46 yaşlı Yakutiya sakini və 37 yaşlı Xabarovsk sakinini Banqkoka uçan təyyarədən çıxarıb.
Spirtli içkinin təsiri altında olan şəxs naməlum şəxslərin ünvanına nalayiq sözlər deyərkən oturacağında əyləşməkdən imtina edib. Eyni zamanda təyyarənin o biri ucunda sərxoş qadın nalayiq hərəkətlər nümayiş etdirirdi. Hətta onu müşayiət edən ər də xanımla mübahisə edə bilməyib.
Nəticədə küylülər Taylandın əvəzinə növbətçi məntəqəyə gediblər. Onlarla bağlı inzibati protokollar tərtib edilib.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər